“Biz yaxın ətrafımızda sülh və sabitlik zonasının formalaşmasına töhfə verəcək hər cür normallaşma addımlarını dəstəkləyirik”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“İnanırıq ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bölgəmizdə sülh adına mühüm fürsət yaranıb. Bu fürsətin boşa getməməsi üçün qonşumuz Ermənistanla normallaşma prosesini səmimiyyətlə davam etdiririk”, – deyə Ərdoğan qeyd edib.