AZƏRBAYCAN TÜRKİYƏ ARASINDA DİPLOMATİK ƏLAQƏLƏRİN 30 İLLIYIDIR

0

“Əlaqələrimizi strateji səviyyədən müttəfiqliyə daşıyan Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyevin Şuşa Bəyannaməsinə atdıqları imzalar olub. Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında yazıb.

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünüdür. Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.

Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.

Resim

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏMMƏD BRÜSSELDƏ ƏN GENİŞ YAYILMIŞ ADDIR

Belçika paytaxtında 2021-ci ildə ən geniş yayılmış ad Məhəmməd olub. “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Statbel” statistika...

Bağla