“AZƏRBAYCAN TÜRKİYƏ DOSTLUĞU SARSILMAZDIR”

0

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Spiker qonağı səmimi salamlayaraq, Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.

Sədr ümidvar olduğunu bildirdi ki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz töhfəsini verəcək. Sahibə Qafarova vurğuladı ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.

Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Sahibə xanım Qafarovaya Milli Məclisin Sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söylədi. Səfir qeyd etdi ki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanın yanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcəkdir.

Söhbətdə parlamentlərarası əlaqələrin bugünü və gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XEYİRLİ ÖVLAD ÜÇÜN QURANİ-KƏRİMDƏN DUALAR

Bir mömini sevindirəcək, fərəhləndirəcək nəsil; xeyirli, saleh və müttəqi nəsildir. Xeyrul-xələf oğullardır, salehati-nisvan qızlardır. Bu məqsədlə də xeyirli övlad üçün...

Bağla