AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ ƏMƏKDAŞLIĞI MÜZAKİRƏ OLUNUB

0

Fevralın 8-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlığa da müsbət təsir etdiyini deyən general-polkovnik Z.Həsənov strateji müttəfiqliyin dostluq və qardaşlıq əlaqələri  üzərində qurulduğunu  bildirib.

M.Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN SOSİAL MÜDAFİƏ QURUMUNUN NÜMAYƏNDƏLƏRİ AZƏRBAYCANDA SƏFƏRDƏDİR

Türkiyənin Sosial Müdafiə Qurumunun (SGK) sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində İcbari Tibbi...

Bağla