Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Türkiyə universitetləri ilə əməkdaşlıq etmək niyyətindədir.
Bu məsələ Dövlət Turizm Agentliyi və ATMU nümayəndələrinin Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı ilə görüşündə müzakirə edilib.
“Görüşdə akademik əməkdaşlıq və turizm təhsili ilə bağlı məsləhətləşmələr aparılıb”-, deyə səfirliyin “Facebook”dakı açıqlamasında qeyd olunub.