AZƏRBAYCAN-TÜRKİYƏ SƏRHƏDİ MÜVƏQQƏTİ BAĞLANDI

0

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Telefon danışığı əsnasında dövlət başçıları koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ölkələrimiz tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparıblar.

Prezidentlər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Türkiyə və Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərlərinin 15 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə razılığa gəliblər.

Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZANLA KORONAVİRUSA QARŞI MÜBARİZƏ (VİDEO)

Bütün dünyanı cənginə almış koronavirusla (covid-19) mübarizə fərqli şəkillərdə davam edir. Bu mübarizə üsulları insanları təəccübləndirməklə yanaşı yaşanan qlobal faciənin...

Bağla