AZƏRBAYCAN TÜRKİYƏNİN ZƏLZƏLƏ BÖLGƏSİNƏ NÖVBƏTİ YARDIM GÖNDƏRİB

0

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu havaların soyuması ilə əlaqədar bu ilin fevralında Türkiyə Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə Kahramanmaraş bölgəsinə quru yolu ilə humanitar yardım göndərib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komittəsindən məlumat verilib.

Bildirilib ki, içərisində 6200 yorğan və adyal, 175 kondisioner, 1500 ədəd isidici, eyni zamanda, yemək bişirmək üçün 1000 soba olan iki TIR Kahramanmaraş rayon Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Regional Mərkəzinə yola salınıb.

Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, 6 fevral 2023-cü ildə türkiyədə baş verən dəhşətli zəlzələnin ilk saatlarından Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında olub: “Prezident İlham Əliyevin göstərişi ilə dərhal zəlzələ bölgəsinə Azərbaycandan xilasedicilər və humanitar yardım karvanları göndərilib. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan azərbaycanlılar türkiyəli qardaşlarına yardım etmək üçün səfərbər olub. Havaların soyuması ilə əlaqədar zəlzələdən içərilərində azərbaycanlıların da olduğu zərərçəkmiş şəxslərə dəstək məqsədilə bu gün göndərilən yardım da həmin prosesin tərkib hissəsidir”.

Xatırladaq ki, Azərbaycan hökumətinin dəstəyi ilə ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərər çəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı, avqust ayında isə yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Hatay və ətraf bölgələrdə 1-ci sinfə gedəcək şagirdlərə dəstək üçün 3000 məktəbli dəstindən ibarət humanitar yardım göndərib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YERİN DÖVR ETMƏ SÜRƏTİ AZALIR: GƏLƏCƏKDƏ BİR GÜN 25 SAAT DAVAM EDƏCƏK

Yerin öz oxu ətrafında dövretmə sürəti tədricən azalır və təxminən 200 milyon ildən sonra bir gün 25 saat olacaq. Bu...

Bağla