Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin “Dağlar və bağlar” rəsmini Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.
Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.
Xatırladaq ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.