AZƏRBAYCAN VƏ TÜRKİYƏ ƏMƏKDAŞLIQ ÜÇÜN YENİ YOL XƏRİTƏSİ HAZIRLAYIR

0

Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üçün bu ilin sonuna qədər yeni yol xəritəsi qəbul olunacaq.

Bunu “Report”a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü bildirib.

Onun sözlərinə görə, sənəd Azərbaycan İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanır.

Türkiyə rəsmisi iki ölkənin bir çox sahələrdə, o cümlədən standartlaşdırma sahəsində uğurla əməkdaşlıq etdiyini vurğulayıb: “Azərbaycan Standartlaşdırma İnstitutu ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) əməkdaşlıq edir. Biz Azərbaycan tərəfinə öz standartlarımızı vermişik. Bu da sənayenin inkişafına kömək edir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMER ÇELİK: AZƏRBAYCANDA KEÇİRİLƏN COP29 MÜHÜM HADİSƏDİR

Azərbaycanda keçirilən COP29 mühüm hadisədir. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik keçirdiyi brifinqdə deyib....

Bağla