Azərbaycan və Türkiyə arasında qaz tədarükünə dair Memorandum təsdiq edilib

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOV TÜRKİYƏLİ HƏMKARI İLƏ UKRAYNADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə "Report"un yerli bürosuna Türkiyə...

Bağla