Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

0

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə tərəfinə bildiriş göndərməlidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏBƏYİ-ŞƏRİFİN ÖRTÜYÜ DƏYİŞDİRİLDİ – VİDEO

Müsəlmanların qibləgahı olan Kəbəyi-Şərifin örtüyü, Hicri-Qəməri təqvimlə 1446-cı ilin ilk günü – məhərrəm ayının 1-də (7 iyul) dəyişdirilib. Bu barədə...

Bağla