AZƏRBAYCAN VƏ TÜRKİYƏ BİRGƏ İSTEHSAL MÜƏSSİSƏLƏRİ YARADACAQ

0

“Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli əlaqələrin bariz nümunəsidir”.

“Anadolu” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Konyada keçirilən “Anadolu Qartalı-2023” beynəlxalq taktiki-uçuş təlimləri çərçivəsində çıxışı zamanı deyib.

Z.Həsənov söyləyib ki, iki ölkənin müdafiə nazirlikləri birlikdə bir sıra layihələr həyata keçirib: “Bundan sonra da birgə ümumi istehsal müəssisələrinin yaradılması üçün çalışacağıq. Türkiyə müdafiə sənayesinin son illərdə dünya miqyasındakı uğurları bizi də sevindirir.

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən TEXNOFEST festivalında bəzi silahların yaxın gələcəkdə ölkəmizdə də istehsal ediləcəyini söyləmişdi. Vətən müharibəsi ilə dünyaya göstərdik ki, ən çətin zamanlarda bir-birimizin yanında oluruq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Zakir Həsənov: “Bu il Azərbaycan və Türkiyə ordusu 10-dan çox birgə təlim keçirəcək”

"Hər il həm Azərbaycanda, həm də Türkiyədə ortaq hərbi təlimlər keçirilir. 2023-cü ildə 10-dan çox birgə təlimin keçirilməsi planlaşdırılıb". “Anadolu”...

Bağla