AZƏRBAYCAN VƏ TÜRKİYƏ DİGƏR ÖLKƏLƏRDƏ BİRGƏ LAYİHƏLƏR İCRA EDƏ BİLƏR

0

“Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında böyük rol oynayacaqlarına ümid edirlər”. Bunu Türkiyənin ticarət naziri Mehmet Muş ötən gün Bakıda keçirilmiş investisiya forumunda deyib.

O, həmçinin bildirib ki, indiyə qədər türk podratçıları Azərbaycanda 15 milyard ABŞ dolları dəyərində 450 layihə icra edib.

Bundan başqa, nazir deyib ki, iki ölkə ticarət dövriyyəsinin dəyərini 15 milyard dollara çatdırmağı hədəfləyir.

“Koronavirus (COVID-19) pandemiyasına baxmayaraq ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 5% artaraq 4,6 milyard dollar olub. Bu ilin ilk 4 ayı üzrə də artım qeyd alınıb və bu tendensiyanın davam edəcəyini gözləyirik. İki ölkə arasında imzalanmış Preferensial Ticarət Sazişi ticarət dövriyyəsinin artımına müsbət təsir göstərib”, – deyə M.Muş əlavə edib.

Bundan başqa, nazir xatırladıb ki, indiyə qədər Türkiyə Azərbaycana 12 milyard dollar, Azərbaycan isə Türkiyəyə 19,5 milyard dollar investisiya qoyub.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) prezidenti Nail Olpak isə Qarabağdakı qələbədən sonra Azərbaycanda yeni investisiya imkanlarının olduğunu bildirib.

“Biz Azərbaycanla 3-cü ölkələrdə birgə layihələrin icrası ilə bağlı məsələni də müzakirə etmişik. Bu ölkələr Gürcüstan və Pakistan ola bilər. Səhiyyə, sağlamlıq turizmi, aqrar sektor, müdafiə, inrafsrtuktur, mədənçilik kimi sahələrə investisiya yatırmaq mümkündür”, – deyə o, qeyd edib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏHİD KÖRPƏLƏRİ – FOTO

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Təbii ki, uşaqların müdafiəsi və sevgi ilə əhatə olunması üçün gün fərqi yoxdur....

Bağla