Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır

0

Azərbaycan və Türkiyə din sahəsində təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Türkiyəyə səfəri çərçivəsində bu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşü zamanı qeyd olunub.

Görüşdə iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Bildirilib ki, Azərbaycanla Türkiyə arasında digər istiqamətlərdə olduğu kimi, din sahəsində də əməkdaşlıq yüksək səviyyədə qurulub və hər iki tərəf bu əlaqələrin dərinləşdirilməsində, dini məsələlərin tənzimlənməsi ilə bağlı təcrübə mübadiləsinin genişləndirilməsində maraqlıdır.

R.Məmmədov həmçinin Türkiyənin Dəyanət Akademiyası və Diyanət Vəqfində də olub. Dəyanət Akademiyasının sədri Enver Osman Kaan ilə görüşdə xalqlar arasındakı tarix boyu formalaşmış möhkəm təməllərə əsaslanan qardaşlıq münasibətlərinə diqqət çəkilib. Qardaş ölkələrin dini-mənəvi sahədə əməkdaşlığının önəminin vurğulandığı görüşdə Dini Komitə ilə Türkiyənin Dəyanət İşləri İdarəsi arasında əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu bildirilib.

Qeyd edək ki, Dövlət Komitəsi sədrinin Türkiyəyə səfəri mayın 28-də başlayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULUN FƏTH EDİLMƏYİNİN 571-Cİ İL DÖNÜMÜDÜR

Bu gün Osmanlı dövlətinin paytaxtı olmuş İstanbul şəhərinin Osmanlı padşahı Fatih Sultan Mehmet xan tərəfindən fəth edilməyinin 571-ci il dönümüdür. ...

Bağla