Azərbaycan və Türkiyə hərbi sənaye sahəsində əməkdaşlığı genişləndirəcək

0

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Müdafiə Sənayesi Agentliyinin Prezidenti Haluk Görgünlə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi sənaye sahəsində əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub.

Bir sıra istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENT: AZƏRBAYCAN ÖZÜNÜ ETİBARLI TƏRƏFDAŞ KİMİ DOĞRULDUB

Azərbaycan özünü etibarlı tərəfdaş kimi doğruldub. Bizim sözümüz imzamız qədər eyni qüvvəyə malikdir. Bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub...

Bağla