AZƏRBAYCAN VƏ TÜRKİYƏ “KAAN DÖYÜŞ TƏYYARƏLƏRİ İLƏ BAĞLI SAZİŞ İMZALAYIR

0

Sabah, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanacaq.

Sənəd Türkiyənin milli döyüş təyyarəsi olan “KAAN”ın birgə təkmilləşdirilməsini nəzərdə tutur.

Müqavilə Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanacaq.

Qeyd edək ki, bir müddət əvvəl “KAAN” döyüş təyyarələri sınaqdan keçirilib. Qırıcının bu ilin sonunda ilk uçuşunu həyata keçirəcəyi gözlənilir.

Xatırladaq ki, İstanbulda “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirilir. Azərbaycan da sərgidə təmsil olunur.

İyulun 26-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” modernləşdirməsi ilə bağlı müqavilə imzalanıb.

Müqavilənin imzalanmasında əsas məqsəd Azərbaycan Hərbi Hava Qüvvələrinin istifadəsində olan təyyarələrə Türkiyə istehsalı olan ağıllı bomba və raketlərin inteqrasiyası və onların avionik modernləşdirmə fəaliyyətlərinin həyata keçirilməsidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türkiyənin bir çox silahları ilə maraqlanırıq, lakin adlarını açıqlamayacağam”

“Türkiyə istehsalı olan bir çox silahlarla maraqlanırıq, lakin gizli olduğu üçün həmin silahların adlarını açıqlamayacağam”. Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik...

Bağla