AZƏRBAYCAN VƏ TÜRKİYƏ MƏDƏNÇİLİK İŞÇİ QRUPU YARADACAQ

0

Azərbaycan və Türkiyə arasında imzalanmış, qarşı tərəfin bu gün təsdiq etdiyi “Mədənçilik sahəsində əməkdaşlıq haqqında” sazişin tətbiq edilməsi məqsədi ilə tərəflər Mədənçilik İşçi Qrupu yaradacaq.

İşçi Qrupu hər iki tərəfdən təyin ediləcək bir nümayəndədən və onların köməkçilərindən ibarət olacaq.

Bu şəxslər iclaslarda müşavir və mütəxəssislərlə birlikdə iştirak edə biləcəklər. Tərəflər nümayəndə və köməkçinin təyin edilməsi barədə diplomatik kanallarla bir-birinə məlumat verəcək. İşçi Qrupunun iclaslarını və protokol işləri ilə bağlı xərcləri iclasın keçirildiyi, ev sahibi ölkə qarşılayacaq. Nəqliyyat və qalma kimi nümayəndə heyətlərinin işləri ilə əlaqədar digər xərcləri isə tərəflər özləri ödəyəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANİMARKADAN QURAN BƏYANATI: İFADƏ AZADLIĞINI MƏHDUDLAŞDIRMIR

Danimarkanın baş naziri Mette Frederiksen ölkəsində Qurani-Kərimə edilən hücumlardan ilk dəfə danışaraq, müqəddəs kitabların yandırılması ilə bağlı mümkün qadağanın ifadə...

Bağla