AZƏRBAYCAN VƏ TÜRKİYƏ MÜDAFİƏ NAZİRLƏRİ TELEFONLA DANIŞIB

0

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.

Zakir Həsənov Türkiyə tərəfinə Akçakaledə şəhid olan üç türk hərbçisi ilə bağlı başsağlığı verib.

Telefon danışığı zamanı nazirlər həmçinin hərbi təlim sahəsində əməkdaşlıq fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATININ MƏNZİL-QƏRARGAHINDA BAYRAQLAR ENDİRİLİB

Qazaxıstanda matəm günü ilə əlaqədar olaraq Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyənin İstanbul şəhərində yerləşən mənzil-qərargahında üzv ölkələrin bayraqları endirilib. Bu...

Bağla