AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORDULARI BİRGƏ TƏLİMLƏRƏ BAŞLAYIR

0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən bu gün Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

Təlimlər zamanı hərbi rabitəçilər təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.

Təlimlər aprelin 8-dək davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MÜSƏLMAN İNCƏSƏNƏT VƏ MƏDƏNİYYƏT FESTİVALINDA TƏMSİL OLUNUB

Müsəlman İncəsənət və Mədəniyyət Festivalı bu il ilk dəfə beynəlxalq miqyasda təşkil olunub və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi...

Bağla