AZƏRBAYCAN VƏ TÜRKİYƏ ORTA DƏHLİZİN İNKİŞAFINI MÜZAKİRƏ EDİB

0

Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verir.

Məlumata görə, Türkiyədə işgüzar səfərdə olan ADY-nin sədri Rövşən Rüstəmov bu gün bir sıra ikitərəfli görüşlər keçirib.

İlk olaraq Türkiyə Dövlət Dəmir Yollarının (TCDD) direktoru və İdarə Heyətinin sədri Hasan Pezukla baş tutmuş görüş zamanı iki ölkə arasında dəmir yolu sahəsində mövcud əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı maraq kəsb edən Qars-Naxçıvan dəmir yolu və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi üzrə təkmilləşdirmə işləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin iki ölkənin dəmiryol qurumları arasında təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub.

Daha sonra ADY sədri “TCDD Taşımacılık” şirkətinin direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçınla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın mümkün perspektivləri, beynəlxalq yük daşımaları sahəsində ölkələrimiz arasında əməkdaşlığın mövcud vəziyyəti, gələcək planlar istiqamətində görüləcək birgə tədbirlər barədə müzakirələr aparılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏMMƏD FÜZULİNİN 530 İLLİYİ QEYD EDİLƏCƏK – SƏRƏNCAM

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi qeyd ediləcək. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Mədəniyyət Nazirliyinə Elm...

Bağla