Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşündə iki ölkənin parlamentləri arasındakı əlaqələr müzakirə olunub.
Bu barədə R.Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Bu gün Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu ziyarət etdik. Görüşdə Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr müzakirə olunub”, – səfir sosial şəbəkə hesabında yazıb.