Azərbaycan və Türkiyə XİN başçıları bölgədəki son vəziyyəti müzakirə edib

0

Sentyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefon danışığı zamanı bölgədəki son vəziyyəti müzakirə ediblər.

Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar. Postmünaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YUSUF ƏL-QARADAVİ QƏTƏRDƏ DƏFN EDİLDİ – VİDEO

Bir neçə gün əvvəl vəfat edən görkəmli İslam alimi Yusuf əl-Qaradavi ötən gün torpağa tapşırılıb. Mərhum Qaradavi üçün Qətərin paytaxtı...

Bağla