Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sosial şəbəkədəki şəxsi səhifəsində məlumat paylaşıb.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“Qardaşım @MevlutCavusoglu ilə Belqradda görüşdük. İkitərəfli əməkdaşlıq gündəliyini, habelə cari regional vəziyyət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.” – deyə Azerbaycanın XİN rəhbəri paylaşımında bildirib.