AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

0

Noyabrın 16-da Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSTANBULDA TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIQ MÜKAFATLARI TƏQDİM EDİLİB

İstanbulda Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib. "Report"un yerli bürosu xəbər verir ki, Türkiyənin “BHS Group Media” şirkəti və Türkiyə...

Bağla