Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

0

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ERMƏNİLƏR ƏVVƏL OLDUĞU KİMİ, ƏTRAFI DAĞIDARAQ GERİ ÇƏKİLİRLƏR”

“Ermənilər hər yeri dağıdırlar. Təəssüf ki, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici...

Bağla