“AZƏRBAYCAN VƏ TÜRKİYƏYƏ QARŞI GÜCLÜ LOBBİÇİLİK FƏALİYYƏTİ VAR”

0

Bu gün həm Azərbaycan, həm də Türkiyəyə qarşı güclü lobbiçilik fəaliyyəti var.

“Report” xəbər verir ki, bunu türkiyəli general Yücel Karauz Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, belə olan halda hər iki dövlət güclü olmalı, birgə mübarizə aparmalıdır.

General xatırladıb ki, bu gün Türkiyə və Azərbaycana qarşı dezinformasiya müharibəsi aparılır: “ABŞ və Fransa bu müharibənin əsas tərəfləridir. Məsələn, “erməni soyqırımı” iddiası onların ortaya atdığı yalandır. Azərbaycan və Türkiyəyə, bütövlükdə türk dünyasına qarşı hücumları aradan qaldıracağımıza inanıram. Çünki biz haqlıyıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH YAĞIŞ YAĞACAQ, KÜLƏK ƏSƏCƏK

Bakıda və Abşeron yarımadasında noyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

Bağla