Azərbaycan Xarici İşlər Nazirliyi, çox sayda hərbçinin şəhid olması səbəbindən Türkiyə dövlətinə və xalqına “KardeşTürkiye” heşteqi ilə başsağlığı verib. İslamveirfan.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin social şəbəkədəki səhifəsində məlumat yayılıb.
“Idlibdə Türk əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk.
Başın sağ olsun, #KardeşTürkiye.” – deyə XİN-in Twitter mesajında bildirilir.
Qeyd edək ki, Suriyada rejim qüvvələrinin havadan hücumuna məruz qalan 33 Türkiyə hərbçisi şəhid olub.