AZƏRBAYCAN XİN VƏTƏNDAŞLARI FƏLƏSTİNƏ SƏFƏR ETMƏMƏYƏ ÇAĞIRIB

0

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Fələstinə səfər etməməyə çağırıb.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.

“Hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – məlumatda qeyd olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN XİN VƏTƏNDAŞLARI İSRAİLƏ SƏFƏR ETMƏMƏYƏ ÇAĞIRIB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları İsrailə səfər etməməyə çağırıb. Bu barədə XİN-dən məlumat verilib. Bildirilib ki, İsrail Dövlətinin yerləşdiyi...

Bağla