“AZƏRBAYCAN ZƏLZƏLƏ ZONASINDA BƏZİ LAYİHƏLƏR HƏYATA KEÇİRMƏK İSTƏYİR”

0

“Azərbaycan zəlzələ zonasında bəzi mühüm layihələr həyata keçirmək istəyir”.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünya zəlzələ hadisəsində bizi tək qoymadı. İlk andan bizimlə oldular. Axtarış-xilasetmə qrupları göndərdilər. Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

“Təbii ki, xaricdə yaşayan qardaşlarımızın Türkiyəyə olan sədaqəti bizi hər zaman təsirləndirib. Bütün dünyada vətəndaşlarımız əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsdilər. Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”, – Ərdoğan əlavə edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ AZƏRBAYCAN HƏRBÇİLƏRİNİN QARŞILANMA MƏRASİMİ KEÇİRİLİB

Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimində...

Bağla