AZƏRBAYCAN ZƏVVARLARININ İLK QRUPU HƏCC ZİYARƏTİNƏ YOLA DÜŞÜB

0

Azərbaycan zəvvarlarının ilk qrupu Həcc ziyarətinə yola düşüb.

Ümumilikdə 1 500 nəfərlik kvotanın ayrıldığı səfərlərin ilk qrupu 05:35-də Məkkə inzibati dairəsinin Ciddə şəhərinə yola salınıb.

QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri “Report”a açıqlamasında deyib ki, Məkkədə olan nümayəndə heyəti Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalı, qidalanma və s. məsələlərin həllini təmin edəcək.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rəsmi nikah olmadan kəbin kəsən din xadimlərinin cəzalandırılması təklif edilib

Rəsmi nikah olmadan molla kəbini kəsilməməlidir. Bunu ötən gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində Ailə Məcəlləsinə təklif...

Bağla