AZƏRBAYCANDA 900-DƏN ARTIQ DİNİ QURUM QEYDİYYATDAN KEÇİB

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Komitədən verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə komitə sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müxtəlif dinlərin, millətlərin nümayəndələrinin tarixboyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilib və bu model dünyaya nümunə kimi təqdim olunmaqdadır. Onun sözlərinə görə, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 900-dən artıq dini qurum qeydiyyatdan keçib.

S.Salahlı dini icmaları dini radikalizmə qarşı mübarizədə və dini maarifləndirmə prosesində fəal olmağa çağırıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YETİMLƏRİ SEVİNDİRMƏKDƏN HÜZUR TAPARDI…

Möhtərəm Osman Nuri Topbaş: "Yetimləri sevindirməkdən hüzur tapardı" Bu ay, 21-ci ili olması münasibətilə mərhum Fatma Fəridə Topbaş anamızı yad...

Bağla