AZƏRBAYCANDA AVQUSTUN 21-DƏ MƏHƏRRƏM AYI BAŞLAYACAQ

0

Avqust ayının 21-də Azərbaycanda Məhərrəm ayı başlayacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aşura günü avqustun 30-na təsadüf edəcək.

F. Nurullayev eyni zamanda qeyd edib ki, oktyabrın 8-də Ərbəin olacaq (40 günü).

Onun sözlərinə görə, Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

QMİ sədrinin müavini deyib ki, avqustun 31-dək ölkədə karantin rejimi olduğuna və 5 nəfərdən artıq adamın bir yerə yığılmasına icazə yoxdur: “Hazırda Məhərrəm ayı ilə bağlı qanvermə aksiyasının necə keçirilməsi məsələsi müzakirə olunur”.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏQİQİ BAYRAM NƏDİR? – (VİDEO)

Bayram qulun ictimailəşməsidir, yəni qardaşlığın ən yuxarı səviyyədə yaşanmasıdır. Bayram, Allahın rizasını əldə etmək günləridir. Xüsusilə Peyğəmbərimiz (SAV) buyurur ki,...

Bağla