“Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların ümumi sayı 941-ə çatıb”.
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
C.Əlifzadə qeyd edib ki, onlardan 906-sı İslam, 35-i qeyri-islam təmayüllüdür. Sonunculardan 24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır:
“Ötən il 34 dini icma (31-i İslam, 3-ü qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb”.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov isə əlavə edib ki, ötən il 1021 nəfər din xadiminə maddi yardım göstərilib. O vurğulayıb ki, dövlət tərəfindən din xadimləri üçün verilən maddi yardımın məbləği 40 faiz artırılıb.