AZƏRBAYCANDA HAFİZLİK MÜSABİQƏSİNİN İLK MƏRHƏLƏSİ KEÇİRİLİB

0

Bakıda keçirilən, Vətən Müharibəsi şəhidi, Quran hafizi Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqənin birinci mərhələsi başa çatıb.

20 Quran tələbəsinin iştirak etdiyi I mərhələdə 10 qari II (final) mərhələyə yüksəlib.

Qeyd edək ki, müsabiqənin final mərhələsi Şamaxı şəhərində sentyabrın 16-da keçiriləcək.

Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən Müharibəsi şəhidi, Quran hafizi Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə keçirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DAHA 3 QAZİ MÜALİCƏ MƏQSƏDİ İLƏ TÜRKİYƏYƏ GÖNDƏRİLİB

“YAŞAT” Fondu tərəfindən daha 3 qazimiz müalicə məqsədi ilə Türkiyəyə göndərilib Bu barədə Fonddan məlumat verilib. Ağır yaralanan üç qazi...

Bağla