AZƏRBAYCANDA HALAL TURİZM XİDMƏTLƏRİ ÜZRƏ YENİ DÖVLƏT STANDARTI HAZIRLANIR

0

Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

“Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir”, – deyə o qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında görüş olub

İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri...

Bağla