AZƏRBAYCANDA İƏT-İN TƏMİZ ENERJİ MƏRKƏZİ YARADILACAQ

0

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Bunu ötən gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır”, – nazir bildirib.

Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBank) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib: “Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”.

Xatırladaq ki, 2008-ci ildə fəaliyyətə başlayan “ECO Ticarət və İnkişaf Bankı”nın üzv dövlətləri Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır. Bank region ölkələrində müxtəlif sahələrin maliyyə ehtiyaclarını qarşılamaqla istər dövlət, istərsə də özəl sektorlarda davamlı iqtisadi inkişafı və regional inteqrasiyanı dəstəkləyir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN VƏ TÜRKİYƏ XİN BAŞÇILARI BÖLGƏDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş olub. "Report"un xəbərinə görə, bunu...

Bağla