Sabahdan Azərbaycan ərazisində ibadət yerlərinin fəaliyyəti bərpa olunacaq.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Qeyd edək ki, məbədlərdə müəyyən şərtlər çərçivəsində ibadətlərə izn veriləcək. Belə ki, məscidlər sadəcə namaz vaxtlarında açılacaq, buraya gələn möminlərdən sosial məsafə qaydalarına riayət etmələri, din xadimləri və icma rəhbərlərindən bu qaydalara nəzarət etmələri tələb olunur.