Azərbaycanda son üç ildə nəşrinə icazə verilən dini ədəbiyyatların sayı açıqlanıb

0

Azərbaycanda son üç il ərzində nəşrinə icazə verilən dini ədəbiyyatların sayı açıqlanıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib ki, 2021-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 244 olub və 16-nın nəşrinə icazə verilməyib.

O bildirib ki, 2022-ci ildə nəşrinə icazə verilən dini ədəbiyyat sayı 226 olduğu halda, 8-nin nəşrinə izn verilməyib: “Bu il isə 181 dini ədəbiyyatın nəşrinə icazə verilib, 7-nin isə nəşrinə icazə verilməyib”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARİZ QURBANLI: “DİN ADINDAN SUİ-İSTİFADƏ HALLARI YALNIZ İSLAMA AİD DEYİL”

“Din adından sui-istifadə halları yalnız islama aid deyil”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycanın dövlət-din...

Bağla