Ötən gün Türkiyə Böyük Millət Məclisinin növbəti iclası keçirilib.
İclasda, işğaldan azad edilən Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il müddətinə uzadılmasına qərar verilib.
Qeyd edək ki, başda hakim Ədalət və İnkişaf Partiyası olmaqla, Türkiyə parlamentində təmsil olunan əksər partiyalar – Milliyətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İYİ Partiya, Böyük Birlik Partiyası (BBP) və onların nümayəndələri qanun layihəsinin lehinə səs veriblər.
Beləliklə, Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddəti daha bir il müddətinə uzadılıb.