AZƏRBAYCANDAN BU İL HƏCC ZİYARƏTİ OLMAYA BİLƏR

0

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Qeyd olunub ki, hələ ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir bildiriş gəlməyib və əgər cavab olmasa, deməli bu il Həcc ziyarəti təşkil edilməyəcək:

“Həcc ziyarəti müəyyən prosedur əsasında baş tutur, yəni sənəd qəbulu, aviareyslərin təşkili və s. Bütün bunlar vaxt tələb edən məsələlərdir. Əgər bu ay ərzində Səudiyyə Ərəbistanından bildiriş gəlsə və sənəd qəbulu bərpa olunsa, Həcc ziyarəti baş tuta bilər, ancaq növbəti ay gec olur. Qurban bayramı ildə bir dəfə olur və o zaman Həcc ziyarəti baş tutmalıdır”.

Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən karantin rejimi tətbiq edildikdən sonra Həcc ziyarətinə sənəd qəbul edilmir.

Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı.

Ziyarətin qiyməti 4 490 dollardır. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlıdır.

Trend.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SUBHANALLAH ZİKİRİNİN FƏZİLƏTİ VƏ MƏNASI

“Sübhanallah” ifadəsi Allahın məxluqatı və əsərləri qarşısında hiss edilən heyrət və təəccübü bildirmək üçün deyilir. Sübhanallah zikri, Allahın Zatında, Sifətlərində...

Bağla