Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.
Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Bildirilib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub.
Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.