Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün qiymət müəyyənləşib

0

Qafqaz Müsəlmanları İdarəsi 2025-ci ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri Apa-ya açıqlamasında deyib.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

  1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
  4. Sağlamlıq haqqında arayış.
SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayır

Bu gündən azərbaycanlı zəvvarların Həcc ziyarətinə sənəd qəbulu başlayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal...

Bağla