“AZƏRBAYCANDAN XARICDƏKI TERRORÇU QRUPLARA QOŞULANLAR YOXDUR”

0

“Artıq Azərbaycan vətəndaşlarından xaricdəki terrorçu qruplara qoşulanlar demək olar ki yoxdur”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son zamanlar belə hallar qeydə alınmayıb: “Əvvəllər bu kimi faktlar olurdu. Hüquq-mühafizə orqanlarının apardığı profilaktik, o cümlədən ideoloji təbliğat və mətbuatın gördüyü işlərin nəticəsi bunun qarşısını almaqda mühüm rol oynayıb”.

Dövlət Komitəsinin sədri bildirib ki, əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub: “Həmin şəxslərin ailə üzvlərinin bir qismi Azərbaycana gətirilib. Hazırda ölkəmizdə xüsusi reabilitasiya mərkəzi yaradılıb. Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri də ölkəmizə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri deyə bilmərəm, amma Azərbaycanda az sayda bu cür hallar var idi. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak edən xarici vətəndaşlar siyahısında azərbaycanlılar çox aşağı yerdə idi. Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Bizim ölkənin adı bəzən heç statistikaya aid edilmirdi”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QƏZZADA UÇURULAN KİTAB MAĞAZASI ÜÇÜN DÜNYA SƏFƏRBƏR OLDU

İsrail Hərbi Hava Qüvvələrinin Qəzza Zolaında bir müddət əvvəl həyata keçirdiyi bombardıman zamanı uçurulan kitab mağazası üçün 200 min dollar...

Bağla