Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə Türkiyənin XİN rəhbəri Mövlüd Çavuşoğlu arasında görüş olub.
Bu barədə Türkiyənin baş diplomatı social şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Çavuşoğlu, “Can #Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdük. #Qarabağda işğal vaxtı zərər görmüş mədəni irsin bərpası üçün hər cür dəstəyi verəcəyik.
Başda #UNESCO olmaqla beynəlxalq platformlarda haqlı mübarizəsinin arxasındayıq.” – qeydi ilə Anar Kərimovla çəkilmiş şəkli paylaşıb.