Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində iştirak edəcək.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanı iclasda səfir Şahin Abdullayev təmsil edəcək.
Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.