Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir.

Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ RAKET FABRİKİNDƏ YANĞIN OLUB, 5 NƏFƏR ÖLÜB

Türkiyənin paytaxtı Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5...

Bağla