AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏ TƏRƏFİNƏ BAŞSAĞLIĞI VERİB

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Başsağlığında deyilir: “Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni çox kədərləndirir.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçulara rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
REAL MADRİD FUTBOLÇUSU: MƏN MÜSƏLMANAM, ALLAHA İNANIRAM

Real Madrid komandasının oyunçusu, Almaniya milli komandasının futbolçusu Antonio Rüdiger müsəlman olduğunu açıqlayıb. Türkiyə mətbuatının xəbərinə görə, Rüdiger bu barədə...

Bağla