AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏ TƏRƏFİNƏ BAŞSAĞLIĞI VERİB

0

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Başsağlığında deyilir:

“Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Qeyd edək ki, noyabrın 27-də İraqın şimalında, “Pençe-Kilit” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İraqın şimalında Türkiyə hərbçilərinə hücum olub, ölənlər və yaralananlar var

İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında – Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb. Bu barədə...

Bağla