AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ TÜRKİYƏDƏ SƏFƏRDƏDİR

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

General-polkovnik Z.Həsənov 30 Avqust – Türkiyənin Zəfər Bayramı münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində, həmçinin müdafiə nazirinin Türkiyə Respublikası Milli Müdafiə Universitetinin  tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində keçirilən buraxılış mərasimlərində iştirakı da planlaşdırılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU GÜN TÜRKİYƏDƏ ZƏFƏR BAYRAMIDIR

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30...

Bağla