AZƏRBAYCANIN MÜDAFIƏ NAZIRI TÜRKIYƏLI HƏMKARINA BAŞSAĞLIĞI VERIB

0

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, başsağlığıda deyilir:

“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SOYLU: “İSTANBULDA TERROR AKTINI PKK/PYD TÖRƏDİB”

Ötən gün Türkiyənin İstanbul şəhərində partlayış PKK/PYD terror təşkilatı tərəfindən törədilib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib....

Bağla